+994 70 515 16 18

Category: News

UNEC Ömürboyu Təhsil Mərkəzində “Təlimçilərin Təlimi -Soft Skills” təlimlərinə start verilib

UNEC Ömürboyu Təhsil Mərkəzində “Təlimçilərin Təlimi -Soft Skills” təlimlərinə start verilib.

UNEC müəllimləri üçün təşkil olunan təlimləri “soft skills” (yumşaq bacarıqlar) sahəsində böyük təcrübəsi olan israilli təlimçi İlana Vaiman Naftul aparır.

İlk təlimdən sonra UNEC rektoru professor Ədalət Muradov təlim iştirakçıları ilə görüşüb. Rektor ölkəmizdə yeni olan “soft skills” anlayışının əhəmiyyətindən, bu bacarıqlara tələbin iş dünyasında gündən-günə artdığını vurğulayıb və təlim iştirakçılarına uğurlar arzulayıb.

UNEC tərəfindən beynəlxalq təcrübə əsasında hazırlanan təlim proqramını uğurla bitirən iştirakçılar UNEC-in sertifikatını əldə edəcəklər. Onlar Ömürboyu Təhsil Mərkəzində qurumlar və müəssisələr üçün “Soft Skills” sahəsində təlimlər keçə biləcəklər.

“ÜFÜQ AZƏRBAYCAN” – Gənclərin iş dünyasına inteqrasiyası adlı panel diskussiyası həyata keçirildi

29 Mart 2022-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində “Gənc MÜSİAD Azərbaycan” komandasının ənənə halına gətirdiyi, tələbələr tərəfindən böyük marağa səbəb olan “ÜFÜQ AZƏRBAYCAN” – Gənclərin iş dünyasına inteqrasiyası adlı panel diskussiyası həyata keçirildi.

Tədbir Gənc MÜSİAD Azərbaycan, UNEC Tələbə Həmkarlar İttifaqı və UNEC Ömürboyu Təhsil Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində baş tutdu.

Tədbirin aparıcısı Məhəmməd Fərəcov ev sahibliyinə və dəstəyə görə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru prof. Ədalət Muradova, UNEC Həmkarlar İttifaqının rəhbəri Rüfət Süleymanlıya və UNEC Ömürboyu Təhsil Mərkəzinin direktoru Qələndər Məmmədliyə təşəkkür etdi. ÜFÜQ AZƏRBAYCAN panelinin gənclər üçün mahiyyətini bildirdi və səhnəyə qonaqları dəvət etdi.

Tədbir UNEC Ömürboyu Təhsil Mərkəzinin direktoru Qələndər Məmmədli Gənc MÜSİAD Azərbaycan sədri Tural Süleymanlıya və MÜSİAD ailəsinə birgə əməkdaşlıq üçün təşəkkür edib, gələcək fəaliyyətlərdə uğurlar arzu etdi. Panel açılış nitqindən sonra  qonaqların çıxışları ilə dəvam etdi.

UNEC Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) dekanı Prof. Dr. Mehmet Yüce tədbir iştirakçılarına xüsusən də tələbələrə təhsil və karyera sahəsində öz inkişaf yolundan danışdı və tələbələrə şəxsi inkişafları üçün özlərinin komfort zonalarını tərk edib müxtəlif sahələrdə özlərini yoxlayaraq karyeralarında düzgün seçim etməyi tövsiyyə etdi. Uzun illər ərzində təhsil fəaliyyətini davam etdirdiyini və hələ də oxumağa davam etdiyini bildirən professor, gənclərə təhsilin insan üçün əhəmiyyətindən bəhs etdi.

Özgün Yapı AŞ. Azərbaycan müdiri və MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvü Alim Şentürk isə çıxışında gənc iştirakçıların əsas da 1-ci və 2-ci kurs tələbələrinin öz karyeralarına başlamadan öncə təcrübə proqramlarında iştirakın, müəyyən layihə və təşkilatlarda könüllü olmağın tələbələr üçün üstünlüklərini vurğuladı. O, həmçinin MÜSİAD -ın təşkil etdiyi Azərbaycan və Türkiyə iş dünyasında tanınan şirkətlərin təcrübə proqramlarından danışaraq gəncləri bu istiqamətdə aktiv olmağa və proqramlarda iştiraka dəvət etdi.

UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin ( BMDM ) direktoru i.f.d. dosent Fariz Əhmədov mərkəzin fəaliyyəti və inkişafı ilə bağlı iştirakçılara xüsusən də 3-cü və 4-cü kurs tələbələrinə akademik karyera ilə bağlı öz təcrübəsini bölüşdü. Tələbələrin istənilən təhsil pilləsində universitetin beynəlxalq təhsil proqramlarından yararlanaraq müxtəlif mədəniyyətlər, fərqli baxış bucaqları ilə tanış olmaq, özlərini qlobal müstəvidə təkmilləşdirmək istiqamətində izləməli olduqları yolları, fürsətləri vurğuladı.

Deluxe Kamin şirkətinin direktoru Fuat Kayhan şəxsi biznesin qurulması üçün gənc iştiraçıların özlərini inkişaf etdirmək və təhsili praktik mühitdə tətbiq edərək bizneslərini qurmağın üsulları haqqında təcrübələrini və fikirlərini bölüşdü. O, eyni zamanda tələbələrin iş dünyası ilə bağlı təsəvvürlərini formalaşdırmaq və təcrübələrini artırmaq üçün öz təkliflərini səsləndirdi.

Tədbir sual-cavab sessiyası ilə davam etdi. Tələbələrin böyük marağına səbəb olan paneldə səsləndirilən suallar qonaqlar tərəfindən cavablandırıldı. Aktiv tələbələr iştirakına görə hədiyyələrlə təltif edildi.

Sonda iştirak edən qonaqlara sponsorlar, Gənc MÜSİAD Azərbaycan və UNEC tərəfindən hədiyyələr təqdim edildi.

Qeyd edək ki, SÜVARİ Azərbaycan, Özgün Yapı AŞ. Azərbaycan, Buta Group, Deluxe Kamin MMC şirkətləri tədbirin sponsorları olmuşdur.

UNEC Ömürboyu Təhsil Mərkəzi ekspertlərlə canlı yayıma davam edir

UNEC Ömürboyu Təhsil Mərkəzi tərəfindən həyata keçirilən və ilk gündən geniş marağa səbəb olan canlı yayımlar silsiləsi davam edir.

Təhsil mərkəzinin direktoru Qələndər Məmmədlinin moderatorluğu ilə baş tutan yayımlarda əsas hədəf izləyicilərin müvafiq istiqamətlərdə məlumatlılıq səviyyəsini artırmaq, eyni zamanda onları maraqlandıran  sualları cavablandırmaqdır.

Növbəti günlərdə baş tutacaq canlı yayımlar barədə məlumatı təqdim edirik.

10 mart saat 18:30-da Anar Məmmədkərimovun iştirakı ilə maliyyə sahəsindəki trendlər haqqında geniş müzakirə aparılacaq. Anar Məmmədkərimov Maliyyə Uçotu və Korporativ Maliyyə sahəsində 2 illik təcrübəyə malikdir və karyerasına mühasib, maliyyə mütəxəssisi, mühasibat uçotu, Microsoft Office mütəxəssisi, məlumat analitiki və s. kimi başlamaq istəyən bakalavr və magistrantlara dərs deyib. Akademik ixtisası maliyyə və mühasibatlıq olan Anar Məmmədkərimov Google DSC BHOS, “Garagashli Broiler” OJSC və UNEC-də çalışıb.

13 mart saat 18:00-da  isə Nəriman Tağızadə “Proqramlaşdırmanın yaratdığı fürsətlər” haqqında danışacaq. O Bakı Ali Neft Məktəbi və Madrid şəhərindəki Alcala universitetində ali təhsil alıb. İspaniyadakı Tymmesa LN şirkətinin və Abroedu R&D və şirkətinin həmtəsisçisidir, həmçinin, Google və ScandiWeb şirkətlərində fəaliyyət göstərib. Nəriman Tağızadə texnologiya üzrə pedoqoji sahədə 4 illik təcrübəyə malikdir.

Növbəti canlı yayım 16 mart saat 18:30-da baş tutacaq. Canlı yayımın mövzusu olacaq. 4 ildən artıqdır bu sahədə peşəkar fəaliyyət göstərən Yusif Qasımov son zamanlar böyük marağa səbəb olan “Agile”  mövzusu haqqında təcrübəyə əsaslanan biliklərini bölüşəcək və sualları cavablandıracaq.

UNEC Ömürboyu Təhsil Mərkəzi həmçinin rəqəmsal transformasiya, yumşaq bacarıqlar (soft skills) kimi müasir dünyanın trend olan istiqamətlərində yerli və beynəlxalq ekspertlərlə birlikdə kurslar və seminarlar təşkil edir.

Canlı yayımlara qoşularaq bu kurslar haqqında ətraflı məlumat əldə edə, eyni zamanda ekspertlərə suallarınızı ünvanlaya bilərsiniz.

Daha ətraflı məlumat əldə etmək və müraciət üçün aşağıdakı linkə keçin, yaxud bizimlə əlaqə saxlayın.

Sayt: https://lifelong.unec.edu.az/training/

Tel/Whatsapp: +994 70 515 16 18

UNEC Ömürboyu Təhsil Mərkəzi rəsmi sertifikatlı “Rəqəmsal marketinq kursu”na start verdi

UNEC Ömürboyu Təhsil Mərkəzi rəsmi sertifikatlı rəqəmsal marketinq kursuna başladı.

Rəqəmsal marketinq sferasında ölkə və beynəlxalq miqyasda proyektlərə imza atmış 5 ekspert rəqəmsal marketinqə dair bilikləri özünəməxsus şəkildə, praktiki öyrənmə üsulları ilə sıfırdan peşəkar səviyyəyə qədər tədris edəcəklər.

Kursun tədris metodikasının ənənəvi üsullardan əsas fərqi isə ondan ibarətdir ki, kurs birbaşa praktikaya əsaslanmışdır və iştirakçılar kurs müddətində ekspertlərlə birlikdə bir proyekti sıfırdan birlikdə yaradacaq və öyrənəcəklər.

Kursu uğurla tamamlamış şəxslərə müvafiq istiqamətlərdə staj keçmə fürsəti də yaranacaqdır. Əlavə olaraq qeyd edək ki, kursu tamamladıqdan sonra əgər tələbələrin tətbiqdə çətinliyi yaranarsa 2 ay ərzində əlaqədar mütəxəssislərlə görüş təşkil olunaraq sualları cavablandırılacaq.

Kursun sonunda iştirakçılar UNEC Sertifikatı ilə təltif olunacaqlar.

Təlimçilər

Elşən Cəfərov – 12 ildən artıq müddət SEO sahəsində fəaliyyət göstərir. Ölkənin bir çox şirkətinə SEO xidməti verən ELSEO MMC -də təsisçi direktor, veb həllər təklif edən Proton MMC-də, ADSMark MMC-də və daşınmaz əmlak portalı olan Arenda.az şirkətində həmtəsisçi olaraq fəaliyyət göstərir.

Müşfiq Şirəliyev – 7 ildir ki, rəqəmsal marketinq sferasında fəaliyyət göstərir. Hazırda Endorphin reklam agentliyində rəqəmsal marketinq komandasının rəhbəri olaraq çalışır. Yerli və qlobal olmaqla 100-dən çox brendlə əməkdaşlıq etdib.

Elşad Yusifli –İT sahəsində peşəkar fəaliyyət göstərir. Qlobal bazarda tanınan, fəaliyyətinə startap olaraq başlamış Azərbaycanın ilk influencer marketinq platforması olan Keepface şirkətinin həmtəsisçisidir. Hazırda 2 milyon investisiya almış Metafluence layihəsində yaxından iştirak edir.

Rəşad Qafarzadə – 2011-ci ildən marketinq və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Hazırda Web Coder Agency-də  direktor vəzifəsində çalışır. Həmçinin Hostimul və Global Technology Services şirkətlərinin həmtəsisçisidir.

Anar Heravasov – 7 ildən artıq Rəqəmsal Marketinq sahəsində çalışır. Hazırda Kontakt Home-un rəqəmsal marketinq direktorudur. Əsasən Facebook Ads, Google Ads və rəqəmsal reklamların analitikası istiqamətlərində mütəxəssisləşib.

Rəqəmsal Marketinq kursunda aşağıdakı mövzuları əhatə edir:

  • Axtarış motorlarında reklam  (SEM)
  • Axtarış motorlarının optimizasiyası (SEO)
  • Görüntülü reklamlar (Displey reklamlar)
  • Affiliate marketinq (Satış ortaqlığı)
  • Email marketinqi
  • Sosial Media Marketinqi (SMM)
  • Lead Generation və Kontent Marketinq və s.

Ətraflı məlumat üçün əlaqə vasitələrindən müraciət edə bilərsiz.

Sayt: https://lifelong.unec.edu.az/kurslar/reqemsal-marketinq/

Whatsapp: +994 70 515 16 18

UNEC Ömürboyu Təhsil Mərkəzinin ekspertlərlə canlı yayımları davam edir

UNEC Ömürboyu Təhsil Mərkəzində sertifikatlı və praktikaya istiqamətlənmiş kurslara qeydiyyat davam edir.

Mərkəzin təşkil etdiyi sertifikatlı kurslar barədə məlumatın verilməsi və sualların cavablandırılması məqsədilə mərkəzin direktoru Qələndər Məmmədlinin moderatorluğu ilə canlı yayımlar keçirilir.

UNEC Ömürboyu Təhsil Mərkəzində fəaliyyətə başlamış  Bloomberg Maliyyə Laboratoriyasının direktoru Əkbər Əsgərovla canlı yayım 25 fevral saat 18:30-da baş tutacaq. Müzakirə mövzusu laboratoriya haqqında ümumi məlumat, onun istifadə qaydaları və təqdim etdiyi imkanlar barəsində olacaq.

Növbəti canlı yayım isə 27 fevral tarixində baş tutacaq və müzakirə istiqaməti Elektron Ticarət olacaq.

Türkiyədə və Azərbaycanda istər elektron ticarət və elektron ixracat istiqamətində ənənə formalaşması, istərsə də elektron ticarət təhsilinin formalaşdırılması istiqamətində töhfələr verən, WORLD E-COMMERCE FORUM direktoru Orxan İsayev qlobal bazardakı fəaliyyəti, kursda tədris olunacaq mövzular, Elektron Ticarətin əhəmiyyəti və elektron ticarətdən sonrakı proses və proseduralar haqqında bilik, məlumat və təcrübələrini izləyicilərlə bölüşəcək.

Hər iki canlı yayıma qoşularaq ətraflı məlumat əldə edə, eyni zamanda suallarınızı ünvanlaya bilərsiniz.

Kurslar haqqında məlumat almaq və müraciət etmək üçün aşağıdakı linkə keçin, yaxud bizimlə əlaqə saxlayın.

Sayt: https://lifelong.unec.edu.az/training/

Tel/Whatsapp: +994 70 515 16 18

Ömürboyu Təhsil Mərkəzi canlı yayımda sualları cavablandıracaq

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ömürboyu Təhsil Mərkəzinin təşkil etdiyi kurslara iştirakçı qeydiyyatı davam edir.

ÖTM-də tədris olunacaq Rəqəmsal marketinq, Kriptovalyuta və Biznes və Marketinq analitikası kursları ilə bağlı daha geniş məlumat vermək və sualları cavablandırmaq məqsədilə mərkəzin Facebook və LinkedIn hesablarından canlı yayımlar təşkil olunacaq.

Mərkəzin direktoru Qələndər Məmmədlinin moderatorluğu ilə keçiriləcək canlı yayımlarda təlimçilər Elşən Cəfərov, Bəhman Hüseynli və Mirzə Məhərrəmov sualları cavablandıracaq.

Facebook:

https://www.facebook.com/uneclifelong

Linkedin:

https://www.linkedin.com/company/76161754/admin/

Ömürboyu Təhsil Mərkəzi 8 istiqamət üzrə sertifikatlı təlim proqramı elan edir

UNEC-də Ömürboyu Təhsil Mərkəzinə tələbə qəbulu davam edir.

UNEC-də yeni yaradılan və tədrisi bir ildən qısa müddətə davam edəcək UNEC SERTİFİKATLI təlim proqramlarını həyata keçirən UNEC Ömürboyu Təhsil Mərkəzində müasir əmək bazarının tələblərinə çevik reaksiya verilməsi prioritet sayılmaqdadır.

Fevral ayında başlanması nəzərdə tutulan təlimlərə hazırda qeydiyyatlar davam edir. Yerlər isə məhduddur. 

Kursun sonunda tələbələr imtahan verərək UNEC tərəfindən təsdiqlənən və rəsmi qeydiyyat nişanı olan sertifikat əldə etmə şansını qazanacaqlar. 

Təklif olunan təlim proqramları kimlər üçündür?

• Universiteti bitirən, lakin ixtisası üzrə daha çox bilik əldə etmə həvəsində olanlar;
• Yeni kəşf etdiyi bacarığını peşəyə çevirmək istəyənlər;
• Özünü yeni sahədə sınamaq istəyən, fərqliliyə açıq olan şəxslər;
• Sürətlə yenilənən iş dünyasının tələblərinə cavab vermək istəyənlər;
• Karyerasında daha yüksək pillələri hədəfləyənlər;
• Komandasını inkişaf etdirmək istəyən şirkət rəhbərləri

Qeyd edək ki, təlim proqramları həm firmalar üçün, həm də fiziki şəxslər üçün nəzərdə tutulub. Bir ildən daha az müddət üçün də olsa, rəsmi UNEC tələbəsi olmaq və UNEC sertifikatlı bilik və bacarıqlar əldə etmək istəyənlər aşağıdakı kurslara müraciət edə bilərlər:

1. İsrailli ekspert tərəfindən tədris olunacaq Yumşaq Bacarıqlar (Soft Skills) təlimlərinə qoşulmaq üçün:

https://lifelong.unec.edu.az/kurslar/yumsaq-bacariqlar/

2. İsrailli ekspert tərəfindən tədris olunacaq Auditoriya və ictimaiyyət qarşısında çıxış təlimlərinə qoşulmaq üçün:

https://lifelong.unec.edu.az/kurslar/auditoriya-ve-kamera-qarsisinda-cixis/

3. Kriptovalyuta təliminə qoşulmaq üçün:

https://lifelong.unec.edu.az/kurslar/kriptovalyuta/

4. Rəqamsal Marketinq təliminə qoşulmaq və haqqında ətraflı məlumat üçün:

https://lifelong.unec.edu.az/kurslar/reqemsal-marketinq/

5. Biznes və Marketinq analtikasi təliminə qoşulmaq və haqqında ətraflı məlumat üçün

https://lifelong.unec.edu.az/kurslar/biznes-ve-marketinq-analitikasi/

6. Elektron Ticarət təliminə qoşulmaq və haqqında ətraflı məlumat üçün :

https://lifelong.unec.edu.az/kurslar/elektron-ticaret/

7. Məhsul Sahibliyi təliminə qoşulmaq və haqqında ətraflı məlumat üçün :

https://lifelong.unec.edu.az/kurslar/mehsul-sahibliyi/

8. İR analtikası təliminə qoşulmaq və haqqında ətraflı məlumat üçün :

https://lifelong.unec.edu.az/kurslar/ir-analitikasi/

UNEC-in gənc müəllimi “Ömürboyu Təhsil Mərkəzi”nə direktor təyin olunub

UNEC-in gənc müəllimi Qələndər Məmmədli Ömürboyu Təhsil Mərkəzinə direktor təyin olunub.

Tehsil.biz xəbər verir ki, o, 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İşlətmə Fakültəsində (hazırda Türk Dünyası İqtisad Fakültəsi) bakalavr təhsili alıb.

2015-ildə Türkiyənin Marmara Universitetinin magistratura təhsili üzrə “Marketinq” ixtisasına xarici tələbələr arasında ən yüksək nəticə göstərərək qəbul olub. Tələbəlik dövründə Marmara Marka Zirvəsi proyektinin təşkilat komitəsinin üzvü seçilib.

Hazırda Anadolu Universitetində “Biznesin əsasları” sahəsi üzrə ingilis dilində doktorantura təhsili alır.

2017-ci ildə Erasmus beynəlxalq mübadilə proqramı ilə Polşanın Politechnika Czestochowa universitetində bir semestr təhsil alıb.

Azərbaycan-Türkiyə marketinq mütəxəssislərinin qatıldığı “Marketinq Sammiti 2017” layihəsinin ideya müəllifi və koordinatoru olub. 2017-ci ildən bir çox yerli və xarici şirkətə marketinq və biznes inkişafına dair konsultasiyalar verib, marketinq tədqiqatları aparıb. Yerli və xarici jurnallarda, həmçinin konfranslarda dərc olunan 5 elmi məqalənin müəllifidir. Marketinq, rəqəmsal marketinq və brendinq ilə bağlı çoxsaylı təlimlər keçib.

2018-ci ildən UNEC-də İqtisadiyyat və işlətmə kafedrasının müəllimidir, TUDİFAK-da və SABAH qruplarında dərs deyir.

“Təcrübə danışır”, “Qonaq Spiker” layihələrinin, həmçinin “Elektron Ticarətdən Elektron İxracata” forumunu təşkilatçısıdır. Markzone.az platformasının təsisçisidir.

“ZƏFƏR 2022” adlı layihənin açılış mərasimi baş tutub

UNEC Rəqəmsal İqtisadiyyat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK), UNEC Ömürboyu Təhsil Mərkəzi və Coders Azerbaijan proqramlaşdırma mərkəzinin birgə təşkil etdiyi “ZƏFƏR 2022” adlı layihənin açılış mərasimi baş tutub.

Layihə rəhbəri və Rəqəmsal İqtisadiyyat fakültəsinin THİK sədri Məhəmməd Rəhimov açılışda keçən il təşkil edilmiş “ZƏFƏR 2021” layihəsi haqqında qısa məlumat verib və layihəni II-ci Qarabağ müharibəsində canından keçən Şəhidlərə həsr etdiyini bildirib.
Tədbirdə Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dos. Elman Cəfərov və UNEC Ömürboyu Təhsil Mərkəzinin marketinq şöbəsinin mütəxəssisi Xanım Rəhimli və Coders Azerbaijan proqramlaşdırma mərkəzinin idarə heyətinin üzvləri iştirak ediblər.

Tədbir zamanı UNEC Ömürboyu Təhsil Mərkəzinin marketinq şöbəsinin mütəxəssisi Xanım Rəhimli mərkəz barədə tələbələrə ətraflı məlumat verərək onların suallarını cavablandırıb. Eyni zamanda Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dos.Elman Cəfərov layihə haqqında öz müsbət fikirini bildirib və tələbələrə bu sahəyə əmək bazarında yüksək təlabat olduğunu bildirib.

Layihədə iştirak etmək üçün 126 tələbə qeydiyyatdan keçib. Onlardan yalnız 25 nəfər təlimlərdə iştirak hüququ qazanıb. Təlimlər 14 mart tarixindən etibarən həftənin 1,3 və 5-ci günləri keçiriləcək. Təlimlərin sonunda isə proqramlaşdırma ilə bağlı yekun tapşırıq veriləcək və tapşırığı müvəffəqiyyətlə yerinə yetirən ilk 3 yerin qalibi UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi, UNEC Ömürboyu Təhsil Mərkəzi və Coders Azerbaijan tərəfindən mükafat və diplom ilə təltif ediləcək.

“Ömürboyu Təhsil Mərkəzi”nin açılış tədbiri keçirilib

UNEC-in nəzdində “Ömürboyu Təhsil Mərkəzi”nin təqdimat mərasimi keçirilib.

Facemark rəsmi xəbərə istinadən xəbər verir ki, tədbirdə UNEC-in rektoru Ədalət Muradov, Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli və digər görkəmli qonaqlar iştirak edib.

Online keçiriləcək təlimlərin əsas məqsədi şəxsi və peşə həyatında motivasiya olmaq, öyrənilənlərin iş həyatına asanlıqla tətbiq olunmasından ibarətdir.

Mərkəzin rəhbəri Qələndər Məmmədlinin sözlərinə görə təlimlər 3 əsas istiqamətdə – soft skills, digital marketinq və qrafik dizayn üzrə keçiriləcək.

Mərkəzində beynəlxalq yay məktəbləri, peşə hazırlığı kursları, sertifikat proqramları, korporativ təhsil, mini ixtisas proqramları, qısa və intensiv kurslar təşkil ediləcək. Eləcə də orta ümumtəhsil məktəblərinin buraxılış imtahanlarına, bakalavriat, magistratura səviyyəsinə qəbul və əlavə sınaq imtahanlarına, yaradıcılıq müsabiqələrinə, dövlət orqanları tərəfindən həyata keçirilən müxtəlif imtahanlara dinləyicilərin hazırlığı aparılacaq. Təhsil və hazırlıq proqramları əyani, distant və hibrid formada təşkil ediləcək.

Qeyd edək ki, sonda təlimləri uğurla bitirən şəxslər UNEC loqolu sertifikatlarla təltif olunacaq.