+994 70 515 16 18

UNEC Ömürboyu Təhsil Mərkəzi

Ömürboyu Təhsil Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin tərkibində 2021-ci ildə yaradılmışdır. Ömürboyu Təhsil Mərkəzinin məqsədi ixtisası və peşəsindən asılı olmayaraq hər kəsə iş mühitində tətbiq edə biləcəyi yeni bacarıqlar öyrətmək, özəl sektorda trend olan kursları təşkil etməklə hazırda əmək bazarının tələbinə uyğun bir sıra bilik və bacarıqlara yiyələnmək istəyən hər kəsə çatmağı hədəfləməkdədir.

Ömürboyu Təhsil Mərkəzində təşkil olunan kursların hər biri beynəlxalq təcrübə əsas götürülərək hazırlanır və Azərbaycan bazarının real ehtiyacına yönəlmişdir. İştirakçılar qazandıqları bilik və təcrübəni asanlıqla öz işlərinə tətbiq edə və nəzərəçarpan inkişaf əldə etmə imkanı qazana biləcəkdir.

Prof. Dr. Ədalət Muradov

Ədalət Muradov 29 yanvar 1962-ci ildə anadan olmuşdur. 2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsində çalışır. Ə. Muradov Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində “Makroiqtisadi təhlil və proqnozlaşdırma” şöbəsinə, “Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı” şöbəsinə və “İqtisadi siyasət, təhlil və proqnozlaşdırma” şöbəsinə rəhbərlik etmişdir. İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının, eləcə də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqçılar Qrupunun üzvü, Xidmətlər üzrə İşçi Qrupun rəhbəri olmuşdur. Dövlət qulluğunun müşaviridir.
2009-cu ildən etibarən “Bakıelektrikşəbəkə” ASC-nin Müşahidə Şurasının Sədri, Dövlət büdcəsinin xərcləri üzrə Komissiyanın üzvü, Əmanətlərin sığortalanması Fondu Himayədarlar Şurasının üzvü, Dövlət Statistika Komitəsinin Metodologiya Şurasının üzvü, 2011–2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini olmuşdur.

Bizim vizyonumuz

Mərkəzin vizyonu öz missiyasını dəstəkləyən effektiv öyrənmə fəaliyyətləri ilə üzvləri üçün dünya səviyyəli ömürboyu öyrənmə resursu olmaqdır.

Bizim missiyamız

Mərkəz keyfiyyətli və innovativ öyrənmə imkanlarını təmin etməklə sənaye imkanlarını genişləndirmək və cəmiyyətin ömür boyu peşəkar və şəxsi inkişafına marağını gücləndirmək missiyasına malikdir.

Biz Məşğulluğa diqqət yetiririk

Təcrübə proqramları

Mentorluq dəstəyi

Karyera planlaması

Məşğulluq dəstəyi

İkinci ixtisas seçimləri

Komandamızı tanıyın

Qələndər Məmmədli

Qələndər Məmmədli

Direktor

Nəzrin Baxşiyeva

Nəzrin Baxşıyeva

Bölmə rəhbəri

Əkbər Əskərov

Əkbər
Əsgərov

Bloomberg lab. direktoru

Xanım Rahimli

Xanım
Rəhimli

Marketinq mütəxəssisi

Tural Rahimli

Tural
Rəhimli

Proqram meneceri