+994 70 515 16 18

UNEC Ömürboyu Təhsil Mərkəzi ekspertlərlə canlı yayıma davam edir

UNEC Ömürboyu Təhsil Mərkəzi tərəfindən həyata keçirilən və ilk gündən geniş marağa səbəb olan canlı yayımlar silsiləsi davam edir.

Təhsil mərkəzinin direktoru Qələndər Məmmədlinin moderatorluğu ilə baş tutan yayımlarda əsas hədəf izləyicilərin müvafiq istiqamətlərdə məlumatlılıq səviyyəsini artırmaq, eyni zamanda onları maraqlandıran  sualları cavablandırmaqdır.

Növbəti günlərdə baş tutacaq canlı yayımlar barədə məlumatı təqdim edirik.

10 mart saat 18:30-da Anar Məmmədkərimovun iştirakı ilə maliyyə sahəsindəki trendlər haqqında geniş müzakirə aparılacaq. Anar Məmmədkərimov Maliyyə Uçotu və Korporativ Maliyyə sahəsində 2 illik təcrübəyə malikdir və karyerasına mühasib, maliyyə mütəxəssisi, mühasibat uçotu, Microsoft Office mütəxəssisi, məlumat analitiki və s. kimi başlamaq istəyən bakalavr və magistrantlara dərs deyib. Akademik ixtisası maliyyə və mühasibatlıq olan Anar Məmmədkərimov Google DSC BHOS, “Garagashli Broiler” OJSC və UNEC-də çalışıb.

13 mart saat 18:00-da  isə Nəriman Tağızadə “Proqramlaşdırmanın yaratdığı fürsətlər” haqqında danışacaq. O Bakı Ali Neft Məktəbi və Madrid şəhərindəki Alcala universitetində ali təhsil alıb. İspaniyadakı Tymmesa LN şirkətinin və Abroedu R&D və şirkətinin həmtəsisçisidir, həmçinin, Google və ScandiWeb şirkətlərində fəaliyyət göstərib. Nəriman Tağızadə texnologiya üzrə pedoqoji sahədə 4 illik təcrübəyə malikdir.

Növbəti canlı yayım 16 mart saat 18:30-da baş tutacaq. Canlı yayımın mövzusu olacaq. 4 ildən artıqdır bu sahədə peşəkar fəaliyyət göstərən Yusif Qasımov son zamanlar böyük marağa səbəb olan “Agile”  mövzusu haqqında təcrübəyə əsaslanan biliklərini bölüşəcək və sualları cavablandıracaq.

UNEC Ömürboyu Təhsil Mərkəzi həmçinin rəqəmsal transformasiya, yumşaq bacarıqlar (soft skills) kimi müasir dünyanın trend olan istiqamətlərində yerli və beynəlxalq ekspertlərlə birlikdə kurslar və seminarlar təşkil edir.

Canlı yayımlara qoşularaq bu kurslar haqqında ətraflı məlumat əldə edə, eyni zamanda ekspertlərə suallarınızı ünvanlaya bilərsiniz.

Daha ətraflı məlumat əldə etmək və müraciət üçün aşağıdakı linkə keçin, yaxud bizimlə əlaqə saxlayın.

Sayt: https://lifelong.unec.edu.az/training/

Tel/Whatsapp: +994 70 515 16 18