+994 70 515 16 18

Bu şəxsi bacarıqlar ilə iş həyatına 5 – 0 öndə başlayın.

Artıq işinizin peşəkarı olmaq dəyərli kadr olmaq üçün yetərli deyil. Qloballaşan dünyanın iş mühitində tələbata cavab vermək üçün peşənizlə yanaşı mütləq sahib olmanız gərəkən bəzi bacarıqlar mövcuddur. 

 Sözügedən bacarıqlar hansılardır?

  1. Kommunikasiya bacarığı

Komanda yoldaşları, podratçılar və müştərilər ilə yaxşı dil tapan işçi hər zaman lazımlıdır. Belə kadrlar yaxşı dinləmə və özünü ifadə etmə qabiliyyətinə malik olur, eyni zamanda gərgin görüş və yazışmaların öhdəsindən gələ bilir.

 

  1. Liderlik bacarığı

Şəxsi bacarıqlar mövzusu açıldığı zaman, qeyd edilməli nüanslardan biri də liderlik qabiliyyətinin olmasıdır. Bu bacarığa malik əməkdaş səlahiyyətini dərk edir, məsuliyyətini üstlənir və hədəflərə çatmaq üçün komandanın başqa üzvlərini də motivasiya etməyi bacarır.

 

  1. Problemin çevik həlli bacarığı

Heç bir rəhbər problem yaranan zaman təşvişə düşən, başqa problemlərin yaranmasına şərait yaradan kadrla çalışmaq istəməz. Tam əksinə, uzaqgörən olub yanacaq problemlərin qarşısını alan, problemə alternatib həllər təqdim edən və bu həlləri layiqincə reallaşdıran kəs arzuolunan işçilər siyahısındadır.

 

  1. Kreativ və tənqidi yanaşma bacarığı

Sadaladığımız şəxsi bacarıqlar və keyfiyyətlər arasında kreativ yanaşma da mövcuddur. Öz işinə kreativ yanaşan əməkdaş hər zaman hadisələrə daha fərqli bucaqdan baxa və yeni həllər təklif edə bilir. Bu təkliflərinə isə tənqidi mövqedən baxaraq onları daha da təkmilləşdirir.

 

  1. Komanda ilə işləmə bacarığı

Özünü komandanın bir parçası olaraq görmək, hədəfə gedən yolda öz öhdəliklərini zamanında və lazımi formada həyata keçirmək digər komanda yoldaşlarının işinin axsamaması üçün çox vacibdir. Bu bacarıq sayəsində işçilər şirkətin məqsədinə doğru birlikdə irəliləyə bilir, nəticədə gün daha produktiv və məhsuldar keçir.

İş mühitində insan resursları departamentinin üzərində çalışmalı innovativ məqsədlərlə tanış olmaq üçün buradan keçid edə bilərsiniz.

Back to Office -Bələdçisi

Davam edən pandemiya şəraitində ofisə qayıtmaq məsələsi həm şirkətləri, həm də işçiləri çaşdırıb. Artıq müxtəlif tədbirlərlə müxtəlif qruplarda ofisdən işləməyi təcrübədən keçirmiş şirkətlər olaraq, hazırda daimi yeni bir həllə keçid prosesindəyik. Hibrid iş modeli həm ofisdən, həm də uzaqdan işləməyi mümkün edəcək iş üsulu ilə fərqlənir.

Hibrid İş Modeli Necə Tətbiq olunur?

Əvvəlcə hibrid iş modelini qısaca izah etmək lazımdırsa; müəyyən günlərdə ofisdən işləyərkən iş proseslərinin məsafədən həyata keçirildiyi işlək model deyə bilərik. Hibrid iş modeli çevik iş modeli hesab olunur, çünki müxtəlif şərtlərə uyğun olaraq iş saatları və günlərdə fərqlər mövcuddur.

Hibrid iş modelinin necə tətbiq olunduğunu daha aydın ifadə etmək üçün mövcud iş modellərini nümunələrlə nəzərdən keçirək.

  1. Uzaqdan İş Modeli: Bütün iş proseslərinin uzaqdan tamamlandığı və bütün işçilərin istənilən yerdən öz öhdəliklərini yerinə yetirdiyi bir iş modelidir. Bir çox şirkət pandemiya zamanı zərurətdən bu modelə üstünlük versə də, bu modeli qalıcı edən və uzaqdan iş dövründə tamamilə dəyişən qurumlar var.
  2. Hibrid İş Modeli: Həftənin müəyyən günlərində ofisdən uzaqdan işləməklə iş proseslərinin həyata keçirildiyi iş modelidir. Pandemiya ilə gələn uzaqdan iş dövrü ilə bütün qurumlar distant iş modelini təcrübədən keçirib və bu modeli gələcək hədəfləri arasında qalıcı etməyi planlaşdırıblar.
  3. Ofis İş Modeli: Həftənin bütün iş günlərində bütün iş proseslərinin ofisdən həyata keçirildiyi bir iş modelidir. Pandemiyadan əvvəl geniş şəkildə üstünlük verilən bu modelə tam qayıdan qurumların sayı hazırda çox azdır. Rəqəmsallaşmanın üstünlüklərindən faydalanmağa üstünlük verən bir çox qurum işçilərinin fikirlərini alaraq hibrid iş modelini yaşamağa başlayıb.

 

Beləliklə, hibrid iş modelində ofisə neçə gün gəlməyin və ya ofisdən hansı günlərdə işləməyin vacibliyi vacibdir?

Harvard Universitetinin apardığı sorğuya görə, insanların 81%-i ofisə tam qayıtmaq istəmir, çevik iş modelinin daha məhsuldar olduğunu düşünürlər.

Bəzi qurum və idarələrin ofisdən iş günləri kimi üstünlük verdiyi günlər ola bilər. Bu məqamda işçilərin fikirlərini öyrənmək çox vacibdir. Tərcih olunan günlərə uyğun olaraq hibrid işləyən model quraşdırmalarına nəzər salaq.

Ofisdən cəmi 1 gün işləmək: Adətən həftəlik planlaşdırma – qiymətləndirmə görüşlərinin keçirildiyi bazar ertəsi və ya cümə günlərinə üstünlük verilir.

2 gün ofisdən işləmək: Ümumiyyətlə həftə sonu fasiləsindən bir gün əvvəl və ya sonra ofisdən işləmək motivasiyası aşağı ola bilər. Bu səbəbdən 2 gün ofisdən işləmək üçün ümumiyyətlə çərşənbə axşamı və cümə axşamı işləməyə üstünlük verilir.

3 gün ofisdən işləmək: Şirkəti dezinfeksiya etmək və gigiyena qaydalarına əməl etmək üçün işə bir gün qalan bu modeldə ümumiyyətlə bazar ertəsi, çərşənbə və cümə günləri üstünlük verilir.

4 gün ofisdən işləmək: Hibrid iş modelində nadir hallarda üstünlük verilən bu modeldə adətən şöbə əsaslı paylamalar edilir və ya dezinfeksiya üçün çərşənbə günləri ofis boş qalır. Lakin bu modelin tam ofis iş modelinə çox bənzəməsi işçilərin motivasiyasına mənfi təsir göstərə bilər.

İş mühitində “Rəqəmsallaşdırılmalı İnsan Resursları Prosesləri” haqqında məlumat almaq üçün buradan keçid edə bilərsiniz.

Qrafik Dizayn nədir? Yaxşı qrafik dizayner necə olmalıdır?

Hələ keçmiş dövrlərdən dəri, qaya və taxta üzərində çəkilən rəsmlər ilkin əlaqə vasitəsi olmuşdur. Qədim insanlar fikirlərini sadə rəsmlərlə ifadə edir, hekayələri belə cızma qaralarla müxtəlif səthlərə işləyirdilər. Necə ki, bu gün markalar auditoriyaya ötürmək istədikləri mesajlar üçün qrafik dizayn nümunələri olan vizuallardan  istifadə edirlər.

 

Qrafik dizayn özlüyündə bir neçə sahəyə ayrılır:

 

  • Məhsul dizaynı
  • Brend dizaynı
  • Veb sayt dizaynıl
  • Çap məhsulları
  • Nəşriyyat dizaynı
  • Animasiya dizaynı və s.

 

 Gündəlik həyatımızın hər addımında bu nümunələr ilə qarşılaşırıq. Billboardlar, mağazalardan əldə etdiyimiz məhsul qablaşdırmaları, istifadə etdiyimiz elektron qurğular, üzvü olduğumuz veb saytlar, kitablar və qəzetlər, mobil tətbiqlər və s. hər biri qrafik dizaynın fərqli növünə aid məhsullardır.

 

Son zamanlar gündəmdə olan grafik dizayn sənəti incəsənət ilə texnologiyanın vəhdətini təşkil edir. Yaxşı dizayner həm abstrakt xəyal gücünə, həm kreativliyə, həm də texniki biliklərə ( qrafik dizayn proqramları) malik olmalıdır ki, ərsəyə gətirdiyi iş uğurlu olsun.

 

 Bəs ən vacib bilinən qrafik dizayn proqramları hansılardır?

 

  • PhotoShop
  • GIMP
  • İllustrator
  • Inkscape
  • CorelDraw
  • Adobe InDesign və s.

 

Bütün bunlardan əlavə peşəkar qrafik dizayner aşağıdakı şəxsi keyfiyyətlərə də malik olmalıdır.

 

  1. Yaradıcılıq qabiliyyətinə malik olmalı
  2. Ən xırda detalları da görə bilməli
  3. İdeyanı istehlakşçılara ötürmək üçün fərqli baxış bucağı
  4. Cəlbedici incəsənət nümunələri yarada bilməli
  5. Eyni anda bir-neçə layihə ilə çalışmağı bacarmalı
  6. Zamanı doğru idarə etməli
  7. Yaxşı kommunikasiya bacarıqlarına sahib olmalıdır.

Gündəmdə olan bir digər sahələrdən biri kimi “Rəqəmsal Marketinq Karyerası” haqqında məqaləni nəzərdən keçirmək üçün buradan keçid edə bilərsiniz.