+994 70 515 16 18

Qrafik Dizayn nədir? Yaxşı qrafik dizayner necə olmalıdır?

Hələ keçmiş dövrlərdən dəri, qaya və taxta üzərində çəkilən rəsmlər ilkin əlaqə vasitəsi olmuşdur. Qədim insanlar fikirlərini sadə rəsmlərlə ifadə edir, hekayələri belə cızma qaralarla müxtəlif səthlərə işləyirdilər. Necə ki, bu gün markalar auditoriyaya ötürmək istədikləri mesajlar üçün qrafik dizayn nümunələri olan vizuallardan  istifadə edirlər.

 

Qrafik dizayn özlüyündə bir neçə sahəyə ayrılır:

 

  • Məhsul dizaynı
  • Brend dizaynı
  • Veb sayt dizaynıl
  • Çap məhsulları
  • Nəşriyyat dizaynı
  • Animasiya dizaynı və s.

 

 Gündəlik həyatımızın hər addımında bu nümunələr ilə qarşılaşırıq. Billboardlar, mağazalardan əldə etdiyimiz məhsul qablaşdırmaları, istifadə etdiyimiz elektron qurğular, üzvü olduğumuz veb saytlar, kitablar və qəzetlər, mobil tətbiqlər və s. hər biri qrafik dizaynın fərqli növünə aid məhsullardır.

 

Son zamanlar gündəmdə olan grafik dizayn sənəti incəsənət ilə texnologiyanın vəhdətini təşkil edir. Yaxşı dizayner həm abstrakt xəyal gücünə, həm kreativliyə, həm də texniki biliklərə ( qrafik dizayn proqramları) malik olmalıdır ki, ərsəyə gətirdiyi iş uğurlu olsun.

 

 Bəs ən vacib bilinən qrafik dizayn proqramları hansılardır?

 

  • PhotoShop
  • GIMP
  • İllustrator
  • Inkscape
  • CorelDraw
  • Adobe InDesign və s.

 

Bütün bunlardan əlavə peşəkar qrafik dizayner aşağıdakı şəxsi keyfiyyətlərə də malik olmalıdır.

 

  1. Yaradıcılıq qabiliyyətinə malik olmalı
  2. Ən xırda detalları da görə bilməli
  3. İdeyanı istehlakşçılara ötürmək üçün fərqli baxış bucağı
  4. Cəlbedici incəsənət nümunələri yarada bilməli
  5. Eyni anda bir-neçə layihə ilə çalışmağı bacarmalı
  6. Zamanı doğru idarə etməli
  7. Yaxşı kommunikasiya bacarıqlarına sahib olmalıdır.

Gündəmdə olan bir digər sahələrdən biri kimi “Rəqəmsal Marketinq Karyerası” haqqında məqaləni nəzərdən keçirmək üçün buradan keçid edə bilərsiniz.