#businessanalytics
Biznes və marketinq analitikası
Biznes və marketinq analitikası qərar qəbulunu təkmilləşdirmək üçün təşkilat daxilində məlumatların anlaşılması üsullarını araşdıran sürətlə inkişaf edən bir sahədir.
Proqram haqqında
Biznes və marketinq analitikası qərar qəbulunu təkmilləşdirmək üçün təşkilat daxilində məlumatların anlaşılması üsullarını araşdıran sürətlə inkişaf edən bir sahədir. Analitika sahəsində təcrübə təşkilatlara sahib olduqları məlumatları və biznesin sağlamlığını və gələcəyini anlamaq üçün lazım olan məlumatları qiymətləndirməyə imkan verir. Bu proqram sizə biznes və marketinq analitikasında uğur qazanmaq üçün lazım olan əsas bacarıqları inkişaf etdirməyə kömək edəcəkdir.
UNEC tərəfindən təsdiqlənən sertifikat proqramı
Sıfırdan peşəkar səviyyəyə qədər yumuşaq bacarıqlara dair bütün müasir biliklərə sahib olacaqsınız
32 saat
praktiki tədris
15 mövzudan ibarət bütün təlim prosesi "Dinlə - Öyrən - Tətbiq et"metodu ilə tərtib edilib.
Təlimdən sonra
2 ay mentorluq
Öyrənilən biliklərin praktikada tətbiqi zamanı yanınızda olacağıq.
Mövzu başlıqları
Təlimçi: Bəhmən Hüseynli
1. Biznes analitikasına giriş
- Analitika nədir?
- Biznes analitikası alətləri nələrdir?
2. Qərar qəbul etmədə data və analitikanın rolu
- Analitikanın önəmi
- Qərar vermə alətləri
3. Biznes analitikası üçün statistika
- Statistik analizlər
- Biznes analitikasında istifadə olunacaq analizlər
4. Analitika növləri
- Kəmiyyət əsaslı analitika
- Keyfiyyət əsaslı analitika
5. Marketinq analitikası
- Marketinq analitikasının önəmi
- Marketinq analitikası alətləri
6. Müştəri analitikası 1
- Hər Seqment üçün Müştərinin Həyat Boyu Dəyərinin (CLV) Müəyyən edilməsi
- Müştəri Mərkəzli Metriklər
- Müştəri İnkişafı Yanaşması
7. Müştəri analitikası 2
- Hər Seqment üçün Müştərinin Həyat Boyu Dəyərinin (CLV) Müəyyən edilməsi
- Müştəri Mərkəzli Metriklər
- Müştəri İnkişafı Yanaşması
8. Məhsul analitikası
- İstifadəçilərin hansı səhifədən, hansı cihaz vasitəsilə, hansı məhsulu izləmələri
9. Qiymət analitikası 1
- Düzgün qiymət strategiyasının formalaşdırılması və tətbiq olunması
10. Qiymət analitikası 2
- Düzgün qiymət strategiyasının formalaşdırılması və tətbiq olunması
11. Reklam analitikası 1
- Hansı kanallar vasitəsilə reklamların həyata keçirilməsi
- Reklam veriləcək məhsulun düzgün seçilməsi
12. Reklam analitikası 2
- Reklam verilən zaman məzmunun düzgün seçimi
- Reklam nəticələrinə uyğun strategiyaların tətbiq olunması
13. Təchizat zənciri analitikası
- Təhlükələrin və risklərin proqnozlaşdırılması və azaldılması
14. Rəqəmsal marketinq analitikası
- Axtarış Motorunun Optimizasiyası (SEO)
- Sosial media marketinqi
15. Datanın vizuallaşdırılması, tərtibatı və təqdimatı
- Əldə edilən dataların emal edilərək raporlanması
- Raporlanan məlumatların düzgün təqdim olunması
Bəhman Hüseynli Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinin İqtisadi hüquq ixtisaslaşması üzrə bakalavr təhsili alıb. İlk magistr dərəcəsini İstanbul Universitetinin Marketinq ixtisası üzrə, ikinci magistr dərəcəsini Marmara Universitetinin Marketinq ixtisası üzrə əldə etmişdir. Nəzəriyyə ilə praktikanın vəhdət halında tətbiqinin düzgün olduğunu düşünən Bəhman Hüseynlinin, Azərbaycan, İngilis və Türk dillərində elmi əsərləri dərc edilib.
Azərbaycanda bakalavr təhsili alarkən iş həyatına başlayan Bəhman Hüseynli professional karyerasını Türkiyədə davam etdirib. O, bank, sığorta, sement sənayesi, hazır beton və gübrə sənayesində təcrübə qazanıb, 50-yə yaxın layihədə iştirak edib. Bəhman Hüseynli konsaltinq sahəsində çalışdığı müddətdə şirkətlərin böyümə və daralma strategiyalarında təcrübə toplayıb və şirkətlərin işçi, komanda və təşkilat səviyyəsində transformasiya, dəyişiklik və inkişaf layihələrində birbaşa iştirak edərək böyük təcrübə əldə edib.
O, marketinq araşdırması, marketinq strategiyası, marketinq analitikası, brendin idarə edilməsi, brendin yaradılması, brendin yaşadılması, oyunlaşdırma, korporativ inkişaf, performansın idarə edilməsi, korporativ akademiya, proseslərin idarə edilməsi, layihənin idarə edilməsi, strateji inkişaf, və biznes strategiyası üzrə ixtisaslaşmışdır. Bəhman Hüseynli hazırda Azərbaycanda Strategiya sahəsində karyerasına davam etməklə birlikdə, Marmara Universitetində də Marketinq üzrə PhD dərəcəsinə davam edir.