+994 70 515 16 18

Eran Hadass

Kamera önündə və auditoriya qarşısında çıxış üzrə beynəlxalq ekspert

Orxan İsayev

Elektron ticarət üzrə beynəlxalq ekspert

Həsrəddin Quliyev

Data analitikası üzrə ekspert

Elşən Cəfərov

Rəqəmsal marketinq üzrə ekspert

Ilana Vaidman

Yumşaq bacarıqlar üzrə beynəlxalq ekspert

Əsgər İsmayılov

Məhsul sahibliyi üzrə ekspert

Bəhmən Hüseynli

Biznes və marketinq analitikası üzrə ekspert

Mirzə Məhərrəmov

Sahibkar, kriptovalyuta üzrə ekspert

Eran Hadass

Kamera önündə və auditoriya qarşısında çıxış üzrə beynəlxalq ekspert

Şəxsi və peşəkar inkişaf sahəsində tanınmış lider olan Eran Hadass 20 ildən çoxdur ki, İsrailin böyük media şirkətlərində çalışmışdır. Hazırda biznes və idarəetmə sahələrindən minlərlə məzunu var. Onun işinin böyük qismini insanların təqdimatlara, televiziya müsahibələrinə və çıxışlara hazırlanması təşkil edir. Eran, geniş auditoriya qarşısında çıxış fobiası olan insanlarla çalışaraq, bu qorxunun öhdəsindən gəlir.

Sadə və effektiv texnikalardan istifadə edən mütəxəssis ictimaiyyət qarşısında çıxış zamanı sizi narahat edən bütün nüansları müəyyənləşdirir. Səlis nitq söyləmənizə mane olan problemlər aradan qaldırılır.

Orxan İsayev

Elektron ticarət üzrə beynəlxalq ekspert

Orxan İsayev Bakalavr təhsilini BTİ-nin İdarəetmə mühəndisliyi fakültəsində bitirmişdir.  Sonra sırasıyla;  Magistratura pilləsini “beynəlxalq ticarət”, ilk doktorluq dərəcəsini “beynəlxalq münasibətlər”, ikinci doktorluq dərəcəsini isə “marketinq” ixtisası üzrə tamamlayıb. 

O, 10 ilə yaxın Almaniyada yerləşən Bosch və Siemens Home Appliances GmbH şirkətinin MDB regionu şöbəsində işləyib.  Bu vəzifədən marketinqdən əməliyyatlara, satışdan regional menecerə qədər bir çox sahədə aktiv rol alıb.  2014-cü ildə sahibkar kimi Tutyakala.com saytını yaradıb və akademik fəaliyyətini davam etdirib.  Bundan əlavə, İstanbul Ticarət Universitetinin strukturunda E-Export Mini MBA təhsil proqramını həyata keçirir və şirkətlərə e-ixrac məsləhət xidmətləri göstərir.  Rus və ingilis dillərini mükəmməl bilən İsayevin ixtisas sahəsi elektron ixrac və rəqəmsal marketinqdir.

Sadə və effektiv texnikalardan istifadə edən mütəxəssis ictimaiyyət qarşısında çıxış zamanı sizi narahat edən bütün nüansları müəyyənləşdirir. Səlis nitq söyləmənizə mane olan problemlər aradan qaldırılır.

Həsrəddin Quliyev

Data analitikası üzrə ekspert

Həsrəddin Quliyev, 2016-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin İdarə Olunması ixtisası üzrə bakalavr dərəcəsi, 2018-ci ildə isə Akdeniz Universitetində “Ekonometrika” ixtisası üzrə magistr dərəcəsi alıb. Hal-hazırda İstanbul Universitetində “Ekonometrika” üzrə doktorantura və İstanbul Teknik Universiteti “Big Data and Business Analytics” ixtisası üzrə ikinci magistr təhsilini davam etdirir. İndiyə qədər Azərbaycan Respublikası Mərkəzi Bankı və Kapital Bank olmaqla bank sektorunda araşdırmaçı və data analitik təcrübəsinə, Azərbaycan Dövlət İqtisad Universitetində akademik və yaxın 2 il müddətdə isə “Data Science” sahəsində treyner təcrübəsinə malikdir.

2018-ci ildə Tam Faktoring tərəfindən keçirilən Hackhathonda “Cluster Analysis with k-means and Ordinal Lojistic Regression: Customer Segmentation” lahiyəsi ilə ilk 5-liyə daxil olub. O, eyni zamanda Scopus bazasında yer alan bir neçə elmi məqalənin müəllifidir və “Determining the spatial effects of COVID-19 using the spatial panel data model” başlıqlı elmi məqaləsi Spatial Statistics akademik dərgisinin ən çox istinad alan məqalələr arasında ilk sıradadır.

Elşən Cəfərov

Rəqəmsal marketinq üzrə ekspert

12 ildən artıq müddət SEO sahəsində fəaliyyət göstərən Elşən Cəfərov ELSEO MMC -də təsisçi direktor, veb həllər təklif edən Proton MMC-də, bütün növ reklam və çap işləri həyata keçirən ADSMark MMC-də, daşınmaz əmlak portalı olan Arenda.az şirkətində həmtəsisçidir.

2009-2010-cu illərdən proqramlaşdırma ilə məşğul olmaqla yanaşı, bir çox informasiya texnologiyaları şirkətində proqramçı və təlimçi olaraq da çalışmışdır. Dolayısı ilə, kurs müddətində Elşən Cəfərov SEO-nun yalnız kontentdən ibarət olmadığını, sayt strukturu, eləcə də texniki tələblər ilə bir bütöv olduğu barədə məlumat verəcək.

Bir sıra yüksək reytinqli yerli, həmçinin xarici şirkətlərin (USA, Canada və s.) SEO layihələrini uğurla davam etdirən Elşən Cəfərov, müasir rəqəmsal bazarda ən üst pillələrə qalxmağın, eləcə də onlarla ölkəyə onlayn məhsul sata bilməyin mümkünlüyündən və bunun üçün hansı yolu izləmək lazım olduğundan bəhs edəcək.

Hazırda daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olan Elşən Cəfərov şirkətlərdə uğurlu rəqəmsal marketinq layihələrinin aparılması və “business mind” düşüncəsinin önəmini real biznes keysləri üzərindən vurğulayacaq.

Ilana Vaidman

Yumşaq bacarıqlar üzrə beynəlxalq ekspert

Ilana Vaidman təhsildə təşkilati məşqçi kimi 10 ildən çox rəqəmsal texnologiyaların idarə edilməsi təcrübəsinə malikdir. Təlimçi yüksək performanslı menecerlərə və təşkilatlara effektiv layihələrin idarə edilməsi metodologiyasının hazırlanması və tətbiqi ilə bağlı məsləhətlər verir.

Onun Metodoligiyası xüsusilə vaxtın idarə edilməsi təlimindəki təcrübəsi, həmçinin stresin azaldılması və məhsuldarlığın artırılması üzrə peşəsi ilə birləşdiyinə görə uğurludur.

İlana Vaidman  menecerlərə işçilərin motivasiyasını yaxşılaşdırmağa və təşkilatlara innovativ iş üsullarını mənimsəməyə kömək edən təşkilati metodologiya olan innovative.works-in həmtəsisçisidir. Həmçinin təlimçi  özəl və dövlət sektoru təşkilatlarından işçilərə  təlimlər keçib.

Əsgər İsmayılov

Məhsul sahibliyi üzrə ekspert

10 ildən artıq İT sahəsində fəaliyyət göstərən Əsgər İsmayılov “Kapital Bank”da “Məhsul Sahibi” vəzifəsində fəaliyyət göstərir.

2 il ərzində “Agile Coach” vəzifəsində, 4 il “Məhsul Sahibi” vəzifəsində bir neçə rəqəmsal lahiyələr tətbiq edib.

Onların içərisində rəqəmsal İVR, interaktiv səs koməkçisi, bankdaxili Müştəri Əlaqələri Menecmenti (CRM) tətbiqləri kimi təcrübəsi var

Professional Scrum Product Owner (PSPO) və Professional Scrum Master (PSM) sertifikatlarına malikdir.

2019-2020-ci ilin “Kapital bank”-in agile transformasiyasında iştrak edib, Agile-ın tətbiqi və Product ownership haqqında peşəkar təlimlər kecib.

Bəhmən Hüseynli

Strategiya və korporativ inkişaf üzrə konsultant.
Biznes və marketinq analitikası üzrə ekspert.

Bəhman Hüseynli Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinin İqtisadi hüquq ixtisaslaşması üzrə bakalavr təhsili alıb. İlk magistr dərəcəsini İstanbul Universitetinin Marketinq ixtisası üzrə, ikinci magistr dərəcəsini Marmara Universitetinin Marketinq ixtisası üzrə əldə etmişdir. Nəzəriyyə ilə praktikanın vəhdət halında tətbiqinin düzgün olduğunu düşünən Bəhman Hüseynlinin, Azərbaycan, İngilis və Türk dillərində elmi əsərləri dərc edilib.

Azərbaycanda bakalavr təhsili alarkən iş həyatına başlayan Bəhman Hüseynli professional karyerasını Türkiyədə davam etdirib. O, bank, sığorta, sement sənayesi, hazır beton və gübrə sənayesində təcrübə qazanıb, 50-yə yaxın layihədə iştirak edib. Bəhman Hüseynli konsaltinq sahəsində çalışdığı müddətdə şirkətlərin böyümə və daralma strategiyalarında təcrübə toplayıb və şirkətlərin işçi, komanda və təşkilat səviyyəsində transformasiya, dəyişiklik və inkişaf layihələrində birbaşa iştirak edərək böyük təcrübə əldə edib.

O, marketinq araşdırması, marketinq strategiyası, marketinq analitikası, brendin idarə edilməsi, brendin yaradılması, brendin yaşadılması, oyunlaşdırma, korporativ inkişaf, performansın idarə edilməsi, korporativ akademiya, proseslərin idarə edilməsi, layihənin idarə edilməsi, strateji inkişaf, və biznes strategiyası üzrə ixtisaslaşmışdır. Bəhman Hüseynli hazırda Azərbaycanda Strategiya sahəsində karyerasına davam etməklə birlikdə, Marmara Universitetində də Marketinq üzrə PhD dərəcəsinə davam edir.

Mirzə Məhərrəmov

Sahibkar, kriptovalyuta üzrə ekspert

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin, politologiya ixtisası üzrə bakalavr təhsili almışdır, Qərbi Kaspi Universitetində biznesin idarəedilməsi və təşkili üzrə magistr təhsilini davam etdirir. 2010-cu ildə  “Medical Plaza” və “Lor Hospital” klinikalarında Marketing və PR sahəsindəki iş həyatına başlamışdır.

2015-ci ildə “Code Academy” təhsil mərkəzini proqramlaşdırma sahəsi üzrə uğurla başa vuraraq, 2016-cı ildə “Arenda.az” şirkətini təsis etmişdir. 2017-ci ildən etibarən “Proton.az” şirkətinin həmtəsisçisi olmuş və şirkət direktoru vəzifəsini icra etməyə başlamışdır. 2020-ci ilin yay aylarında “RES GROUP” şirkətinin təsis etmişdir. 2020-ci ildən etibarən elektron ticarət üzrə  (e-commerce) təlimlər keçməyə başlamışdır.

“Sobsan Boya”, “İmperial Ceramic”, “Nasha.ae”, “Mstore”, “Baktel Elektroniks”, “SuperToys”, “Lucky Office Support”, “Corporate Real Estate Solutions”, “Stampel” kimi şirkətlərinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində veb portallarının inkişafı üçün elektron kommersiya üzrə konsultasiya xidmətlərini həyata keçirmişdir. Bu günə dək 50-dən çox özəl şirkətlərin elektron platformalarının və dövlət layihələrinin hazırlanmasında yaxından iştirak etmişdir.

2017-ci ildən etibarən, o dövr üçün  yeni sahə hesab edilən kriptovalyuta bazarına maraq göstərmiş və araşdırma nəticəsində bir sıra kriptovalyutalara uzunmüddətli və qısamüddətli yatırımlar etmiş, bir çox birjalarda keçirilən kripto tədbirlərin iştirakçısı olmuşdur.