“ZƏFƏR 2022” adlı layihənin açılış mərasimi baş tutub
UNEC Rəqəmsal İqtisadiyyat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK), UNEC Ömürboyu Təhsil Mərkəzi və Coders Azerbaijan proqramlaşdırma mərkəzinin birgə təşkil etdiyi “ZƏFƏR 2022” adlı layihənin açılış mərasimi baş tutub.
Layihə rəhbəri və Rəqəmsal İqtisadiyyat fakültəsinin THİK sədri Məhəmməd Rəhimov açılışda keçən il təşkil edilmiş “ZƏFƏR 2021” layihəsi haqqında qısa məlumat verib və layihəni II-ci Qarabağ müharibəsində canından keçən Şəhidlərə həsr etdiyini bildirib.
Tədbirdə Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dos. Elman Cəfərov və UNEC Ömürboyu Təhsil Mərkəzinin marketinq şöbəsinin mütəxəssisi Xanım Rəhimli və Coders Azerbaijan proqramlaşdırma mərkəzinin idarə heyətinin üzvləri iştirak ediblər.
Tədbir zamanı UNEC Ömürboyu Təhsil Mərkəzinin marketinq şöbəsinin mütəxəssisi Xanım Rəhimli mərkəz barədə tələbələrə ətraflı məlumat verərək onların suallarını cavablandırıb. Eyni zamanda Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dos.Elman Cəfərov layihə haqqında öz müsbət fikirini bildirib və tələbələrə bu sahəyə əmək bazarında yüksək təlabat olduğunu bildirib.
Layihədə iştirak etmək üçün 126 tələbə qeydiyyatdan keçib. Onlardan yalnız 25 nəfər təlimlərdə iştirak hüququ qazanıb. Təlimlər 14 mart tarixindən etibarən həftənin 1,3 və 5-ci günləri keçiriləcək. Təlimlərin sonunda isə proqramlaşdırma ilə bağlı yekun tapşırıq veriləcək və tapşırığı müvəffəqiyyətlə yerinə yetirən ilk 3 yerin qalibi UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi, UNEC Ömürboyu Təhsil Mərkəzi və Coders Azerbaijan tərəfindən mükafat və diplom ilə təltif ediləcək.