+994 70 515 16 18

#cryptocurrency

Kriptovalyuta

Bu təlim vasitəsilə siz günümüzün trendi olan kriptovalyuta bazarı haqqında beynəlxalq və təlimçinin şəxsi təcrübəsinə əsaslanan geniş məlumat alacaqsız.

Mirzə Məhərrəmov

Yerli ekspert

Bir sıra kriptovalyutalara uzunmüddətli və qısamüddətli yatırımlar etmiş, bir çox birjalarda keçirilən kripto tədbirlərin iştirakçısı olmuşdur.

Sillabus və kurs haqqında məlumat
Sillabus və kurs haqqında məlumat

Kurs məlumatı

12 Sessiya

2 Dərs həftədə

24 Saat

8-10 Görüş saatı

Proqram haqqında

Bu təlim vasitəsilə siz günümüzün trendi olan kriptovalyuta bazarı haqqında beynəlxalq və təlimçinin şəxsi təcrübəsinə əsaslanan geniş məlumat alacaqsız. Bu kriptovalyutaları necə almaq, harada istifadə etmək və necə passiv gəlir əldə etmək mövzuları üzrə  informasiya əldə edib praktiki həyata keçirəcəksiniz.

 

UNEC tərəfindən təsdiqlənən sertifikat proqramı

Sıfırdan peşəkar səviyyəyə qədər yumuşaq bacarıqlara dair bütün müasir biliklərə sahib olacaqsınız

24 saat
praktiki tədris

9 mövzudan ibarət bütün təlim prosesi "Dinlə - Öyrən - Tətbiq et"metodu ilə tərtib edilib.

Təlimdən sonra
2 ay mentorluq

Öyrənilən biliklərin praktikada tətbiqi zamanı yanınızda olacağıq.

Mövzu başlıqları

1. Blockchain əsasları və şəbəkələri

- Blokchain nədir?

- İctimai blokçeyn (Permissionless Blockchain) şəbəkə

- Ekslüziv sistem (Public Permissioned Blockchain)

- Şəxsi şəbəkə (Private Permissioned blockchain) 

- Kriptovalyuta tarixi, özəlliyi və növləri

2. ERC20, TRC20, OMNI, Algorand valyutalar

- ERC2 şəbəkəsində valyutalar

- TRC20 şəbəkəsində valyutalar

- OMNI şəbəkəsində valyutalar

- Algorand şəbəkəsində valyutalar

3. Kriptocüzdanlar

- Kriptocüzdan anlayışı

- Ən yaxşı kriptocüzdanları və onların perspektivləri

- Kriptocüzdan qeydiyyatı və istifadəsi

- Binance Smart Chain (BSC)

4. NFT

- NFT nədir?

- NFT tarixi

- NFT müsbət və mənfi tərəfləri

- NFT ilə gəlir əldə emək yolları

5. METAVERSE

- Metaverse nədir?

- Metaverse platformasının xüsusiyyətləri

- Metaverse tokenləri və proqnozları

- Meta və Reallıq

6. Staking

- Staking nədir?

- Staking üstünlükləri

7. Ön satışlar

- ICO, IPO, IDO

- AIRDROP

- LAUNCPOOL, LAUNCHPAD

8. Kritpobirjalar – depozitlər və ticarət

- kompüter və smartfon vasitəsilə qeydiyyat

- pul kisələrindən istifadə

- hesabların açılması

- kripto hesabları üçün vəsait cəlb etmək yolları

- kripto hesablarında vəsaitlərin köçürülmə yolları

- Birjalarda listing

- Kriptovalyutalar arası konvertasiya həlləri

- Kripto fondlarında təhlükəsizlik amilləri

- Praktiki istifadə və baxış

9. Qrafik Analiz Formaları və Praktiki istifadə

- Trendlər və  dəyişmə nümunələri

- İkiqat üst və ikiqat alt (Double top and double bottom)

- Baş və çiyinlər (Head and Sholders)

- Davam modelləri (Continuation models)

- Üçbucaq forması (Triangular shape)

- Bayraq modeli (Flag model)

- Aldadıcı qrafik modellər (Deceitful graphic models)

- Praktiki istifadə və baxış

Təlimçi: Mirzə Məhərrəmov

Mirzə Məhərrəmov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin, politologiya ixtisası üzrə bakalavr təhsili almışdır, Qərbi Kaspi Universitetində biznesin idarəedilməsi və təşkili üzrə magistr təhsilini davam etdirir. 2010-cu ildə  “Medical Plaza” və “Lor Hospital” klinikalarında Marketing və PR sahəsindəki iş həyatına başlamışdır. 2015-ci ildə “Code Academy” təhsil mərkəzini proqramlaşdırma sahəsi üzrə uğurla başa vuraraq, 2016-cı ildə “Arenda.az” şirkətini təsis etmişdir. 2017-ci ildən etibarən “Proton.az” şirkətinin həmtəsisçisi olmuş və şirkət direktoru vəzifəsini icra etməyə başlamışdır. 2020-ci ilin yay aylarında “RES GROUP” şirkətinin təsis etmişdir. 2020-ci ildən etibarən elektron ticarət üzrə  (e-commerce) təlimlər keçməyə başlamışdır. “Sobsan Boya”, “İmperial Ceramic”, “Nasha.ae”, “Mstore”, “Baktel Elektroniks”, “SuperToys”, “Lucky Office Support”, “Corporate Real Estate Solutions”, “Stampel” kimi şirkətlərinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində veb portallarının inkişafı üçün elektron kommersiya üzrə konsultasiya xidmətlərini həyata keçirmişdir. Bu günə dək 50-dən çox özəl şirkətlərin elektron platformalarının və dövlət layihələrinin hazırlanmasında yaxından iştirak etmişdir. 2017-ci ildən etibarən, o dövr üçün  yeni sahə hesab edilən kriptovalyuta bazarına maraq göstərmiş və araşdırma nəticəsində bir sıra kriptovalyutalara uzunmüddətli və qısamüddətli yatırımlar etmiş, bir çox birjalarda keçirilən kripto tədbirlərin iştirakçısı olmuşdur. 

Kursa Müraciət et

Məlumatlarınızı daxil etdikdən sonra komandamız dərhal sizinlə əlaqə saxlayacaq.