#ecommerce
Elektron ticarət
Bu proqram sayəsində siz elektron ticarət sektorunda praktiki və strateji səviyyədə hərtərəfli təlim alacaqsınız.
Proqram haqqında
Bu proqram sayəsində siz elektron ticarət sektorunda praktiki və strateji səviyyədə hərtərəfli təlim alacaqsınız.. Peşəkar təlimçilər tərəfindən hazırlanmış təlim iş dünyasının bütün tələblərini və inkişafını nəzərə alır. Siz interaktiv təlim mühitində bütün suallarınıza cavab tapacaqsınız.
UNEC tərəfindən təsdiqlənən sertifikat proqramı
Sıfırdan peşəkar səviyyəyə qədər yumuşaq bacarıqlara dair bütün müasir biliklərə sahib olacaqsınız
30 saat
praktiki tədris
13 mövzudan ibarət bütün təlim prosesi "Dinlə - Öyrən - Tətbiq et"metodu ilə tərtib edilib.
Təlimdən sonra
2 ay mentorluq
Öyrənilən biliklərin praktikada tətbiqi zamanı yanınızda olacağıq.
Mövzu başlıqları
1. Elektron İxrac Sahibkarlığına Giriş
- İstiqamət və sektorun seçilməsi
2. Elektron Ticarətin Əsas Konsepsiyaları
- Elektron ticarət üstünlükləri
- Elektron ticarət elementləri
3. Elektron Ticarət Strategiyasının Qurulması
- Şirkətin gələcək hədəflərinin dəqiqləşməsi
- Yol xəritəsinin və strategiyanın təyin olunması
4. Elektron Ticarət Komandası Qurulması
- Düzgün insan resursları planlamasının həyata keçirilməsi
- Elektron ticarət komanda üzvlərinin xüsusiyyətləri
5. Elektron Ticarət Proqram İnfrastrukturu
- Domen və hostinq seçərkən nəzərə alınmalı olanlar
- E-ticarət saytının funksiyaları və istifadəçi təcrübəsi baxımından nəzərə alınmalı olanlar
- E-ticarət saytının qurulmasında və layihə planının edilməsində əvəzolunmazdır
- E-ticarət saytında ediləcək inteqrasiyalar
6. Elektron İxrac Əsas Məlumat və Bazar Təhlili
- Məhsulların ixrac prosesinin qurulması
- Bazarda və qlobalda olan rəqiblərin analizi
7. Ticarət Nişanı və Patent Qeydiyyatı
- Məhsulun ticarət nişanının alınması
- Patent alınması üçün hüquqi prosedurlar
8. Qlobal Bazarlarda Satış
- Məhsulun qlobal bazarlara çıxma kanallarının dəqiqləşdirilməsi
9. E-İxracda Logistika, Gömrük rəsmiləşdirilməsi və Geri Dönüş Prosesləri
- Məhsulların daşınması işinin təşkili
- Məhsulların gömrük yoxlaması zamanı rəsmiləşdirilməsi
- Məhsulun göndərilən ölkədən geri göndərilməsi zamanı baş verən proseslər
10. Anbar və Stok İdarəçiliyi
- Şirkətin anbar fəaliyyətinin sistemli qaydada idarə olunması
11. Rəqəmsal marketinq
- Strateji məzmunun idarə edilməsi
- Düzgün qiymət
- E-ticarət kampaniyasının idarə edilməsi
- Axtarış Motorunun Optimizasiyası (SEO)
- Sosial media marketinqi
12. Elektron Ticarət Qanunu
- Mövcud electron ticarət qanunları nələrdir?
- Bu sahəyə olan dövlət dəstəyi nələrdən ibarətdir?
13. Strateji Məzmun İdarəçiliyi və Məhsul Fotoqrafiyası
- Məhsulların keyfiyyətli şəkillərinin çəkilməsi zamanı diqqət edilməsi lazım olan nüanslar
- Mətnlərin daha cəlbedici olması, fikrin qısa və dolğun izah olunmasına diqqət yetirmək
Təlimçi: Orxan İsayev
Orxan İsayev Bakalavr təhsilini BTİ-nin İdarəetmə mühəndisliyi fakültəsində bitirmişdir. Sonra sırasıyla; Magistratura pilləsini “beynəlxalq ticarət”, ilk doktorluq dərəcəsini “beynəlxalq münasibətlər”, ikinci doktorluq dərəcəsini isə “marketinq” ixtisası üzrə tamamlayıb. O, 10 ilə yaxın Almaniyada yerləşən Bosch və Siemens Home Appliances GmbH şirkətinin MDB regionu şöbəsində işləyib. Bu vəzifədən marketinqdən əməliyyatlara, satışdan regional menecerə qədər bir çox sahədə aktiv rol alıb. 2014-cü ildə sahibkar kimi Tutyakala.com saytını yaradıb və akademik fəaliyyətini davam etdirib. Bundan əlavə, İstanbul Ticarət Universitetinin strukturunda E-Export Mini MBA təhsil proqramını həyata keçirir və şirkətlərə e-ixrac məsləhət xidmətləri göstərir. Rus və ingilis dillərini mükəmməl bilən İsayevin ixtisas sahəsi elektron ixrac və rəqəmsal marketinqdir.