+994 70 515 16 18

Bu şəxsi bacarıqlar ilə iş həyatına 5 – 0 öndə başlayın.

Artıq işinizin peşəkarı olmaq dəyərli kadr olmaq üçün yetərli deyil. Qloballaşan dünyanın iş mühitində tələbata cavab vermək üçün peşənizlə yanaşı mütləq sahib olmanız gərəkən bəzi bacarıqlar mövcuddur. 

 Sözügedən bacarıqlar hansılardır?

  1. Kommunikasiya bacarığı

Komanda yoldaşları, podratçılar və müştərilər ilə yaxşı dil tapan işçi hər zaman lazımlıdır. Belə kadrlar yaxşı dinləmə və özünü ifadə etmə qabiliyyətinə malik olur, eyni zamanda gərgin görüş və yazışmaların öhdəsindən gələ bilir.

 

  1. Liderlik bacarığı

Şəxsi bacarıqlar mövzusu açıldığı zaman, qeyd edilməli nüanslardan biri də liderlik qabiliyyətinin olmasıdır. Bu bacarığa malik əməkdaş səlahiyyətini dərk edir, məsuliyyətini üstlənir və hədəflərə çatmaq üçün komandanın başqa üzvlərini də motivasiya etməyi bacarır.

 

  1. Problemin çevik həlli bacarığı

Heç bir rəhbər problem yaranan zaman təşvişə düşən, başqa problemlərin yaranmasına şərait yaradan kadrla çalışmaq istəməz. Tam əksinə, uzaqgörən olub yanacaq problemlərin qarşısını alan, problemə alternatib həllər təqdim edən və bu həlləri layiqincə reallaşdıran kəs arzuolunan işçilər siyahısındadır.

 

  1. Kreativ və tənqidi yanaşma bacarığı

Sadaladığımız şəxsi bacarıqlar və keyfiyyətlər arasında kreativ yanaşma da mövcuddur. Öz işinə kreativ yanaşan əməkdaş hər zaman hadisələrə daha fərqli bucaqdan baxa və yeni həllər təklif edə bilir. Bu təkliflərinə isə tənqidi mövqedən baxaraq onları daha da təkmilləşdirir.

 

  1. Komanda ilə işləmə bacarığı

Özünü komandanın bir parçası olaraq görmək, hədəfə gedən yolda öz öhdəliklərini zamanında və lazımi formada həyata keçirmək digər komanda yoldaşlarının işinin axsamaması üçün çox vacibdir. Bu bacarıq sayəsində işçilər şirkətin məqsədinə doğru birlikdə irəliləyə bilir, nəticədə gün daha produktiv və məhsuldar keçir.

İş mühitində insan resursları departamentinin üzərində çalışmalı innovativ məqsədlərlə tanış olmaq üçün buradan keçid edə bilərsiniz.