UNEC Ömürboyu Təhsil Mərkəzi
Ömürboyu Təhsil Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin tərkibində 2021-ci ildə yaradılmışdır. Ömürboyu Təhsil Mərkəzinin məqsədi ixtisası və peşəsindən asılı olmayaraq hər kəsə iş mühitində tətbiq edə biləcəyi yeni bacarıqlar öyrətmək, özəl sektorda trend olan kursları təşkil etməklə hazırda əmək bazarının tələbinə uyğun bir sıra bilik və bacarıqlara yiyələnmək istəyən hər kəsə çatmağı hədəfləməkdədir.
Ömürboyu Təhsil Mərkəzində təşkil olunan kursların hər biri beynəlxalq təcrübə əsas götürülərək hazırlanır və Azərbaycan bazarının real ehtiyacına yönəlmişdir. İştirakçılar qazandıqları bilik və təcrübəni asanlıqla öz işlərinə tətbiq edə və nəzərəçarpan inkişaf əldə etmə imkanı qazana biləcəkdir.
Bizim vizyonumuz
Mərkəzin vizyonu öz missiyasını dəstəkləyən effektiv öyrənmə fəaliyyətləri ilə üzvləri üçün dünya səviyyəli ömürboyu öyrənmə resursu olmaqdır.
Bizim missiyamız
Mərkəz keyfiyyətli və innovativ öyrənmə imkanlarını təmin etməklə sənaye imkanlarını genişləndirmək və cəmiyyətin ömür boyu peşəkar və şəxsi inkişafına marağını gücləndirmək missiyasına malikdir.
Biz Məşğulluğa diqqət yetiririk
Təcrübə proqramları
Mentorluq dəstəyi
Karyera planlaması
Məşğulluq dəstəyi
İkinci ixtisas seçimləri
Komandamızı tanıyın
Fuad Qasımov
Direktor
Nəzrin Baxşıyeva
Şöbə Müdiri
Səidə Xəlil
Bloomberg ML direktoru
